This is a specific ad

Qaribaşvilinin Çinə səfəri başlayıb

47

Another advertisement

Gürcüstanın baş naziri İrakli Qaribaşvili Çin Xalq Respublikasına işgüzar səfər edib.

QafqazTürk.com xəbər verir ki,bu barədə hökumət administrasiyasının yaydığı məlumatda deyilir.

Çenqdu beynəlxalq hava limanında Gürcüstan hökuməti başçısının rəsmi qarşılanma mərasimi olub. Gürcüstan nümayəndə heyətini Çinin təhsil naziri Huai Jinpeng, Sıçuan əyalətinin qubernatoru Huang Qiang, Çinin Gürcüstandakı səfiri Çou Qian və Gürcüstanın Çindəki səfiri Arçil Kalandia qarşılayıblar. Mərasimdə idman tələbələri də iştirak edib.

Hökumət başçısı dünya liderləri ilə birlikdə bu il 50 gürcü tələbənin iştirak etdiyi Çenqduda keçirilən 31-ci FİSU Dünya Yay Universitet Oyunlarının açılış mərasimində iştirak edəcək.


31-ci FISU Yay Ümumdünya Universitet Oyunlarının açılış mərasimindən sonra Baş nazir nümayəndə heyəti ilə Pekinə yola düşəcək.


İşgüzar səfər çərçivəsində Pekin və Çenqdu şəhərlərində ikitərəfli, yüksək səviyyəli görüşlərin keçirilməsi planlaşdırılır.

Kateqoriya: Siyasət
Sonrakı yazı
Rusiyanın nə qədər vətəndaşı Gürcüstan vətəndaşlığını alıb – son məlumatlar
Öncəki yazı
NATO Qara dənizdə müdafiəni gücləndirir