“Gürcüstan hazırda Aİ-yə namizəd ölkə statusu almaq üçün 12 şərtdən yalnız 3-nü yerinə yetirib, hələ çox iş var”.
QafqazTürk.com xəbər verir ki, bunu Tbilisidə səfərdə olan Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borel deyib.
Gürcüstanın baş naziri İrakli Qaribaşvili Aİ diplomatiyasının rəhbəri Josep Borrell ilə görüşdən sonra bir sıra bəyanatlar verib.
“Avropa Komissiyasının namizəd statusunun alınması ilə əlaqədar tövsiyələrinin əsas hissəsi yerinə yetirilib, yeganə problem depolarizasiya ilə əlaqədardır ki, bu da müxalifətə görə mümkün deyil. Heç bir ölkə və ya hökumət mükəmməl deyil, lakin Gürcüstan Aİ-yə namizəd statusuna layiqdir. Radikal müxalifət qüvvələri namizədlik statusu məsələsindən ölkədə sabitliyi pozmaq üçün istifadə edir və prosesi sabotaj etməyə çalışır“.
“Biz heç vaxt haqq etdiyimizdən artığını istəməmişik və ümid edirik ki, Avropa Komissiyası ədalətli qərar verəcək“, – deyə o, əlavə edib.