Gürcüstan işğal altındakı ərazilərinin qaytarılması üçün “strateji səbr” siyasətini seçib.
Qafqaztürk xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Paris Sülh Forumunun panel müzakirəsində deyib.
“Əlbəttə, işğalla bağlı çətinliklər hələ də qalır, lakin biz “strateji səbr” siyasəti seçmişik. Bəzi məsələləri biz dərhal həll edə bilmərik. Səbrə, uzunmüddətli strategiyaya və fəaliyyət planına ehtiyac var. Plana nail olmaq üçün davamlı işləmək lazımdır. Biz ərazilərimizin işğaldan azad edilməsinə nail olmacağımıza əminik” – hökumət başçısı deyib.
Baş nazir hakim “Gürcü arzusu” partiyasının iqtidarı zamanı Gürcüstanda fasiləsiz sülh və sabitliyə nail olunduğunu, əvvəlki liderliklərdən fərqli olaraq müharibələrin, münaqişələrin və ərazi itkilərinin olmadığını deyib.