This is a specific ad

Qaribaşvili Azərbaycan və Ermənistan Baş nazirləri ilə üçtərəfli görüşün keçirildiyini təsdiqləyib

16

Another advertisement

Gürcüstan Baş naziri İrakli Qaribaşvili ötən gün Tbilisidə Ermənistan Baş naziri Nikol Paşinyan və Azərbaycan Baş naziri Əli Əsədovla üçtərəfli görüş keçirdiyini açıqlayıb.

QafqazTürk.com xəbər verir ki,hökumət başçısı bu barədə Heydər Əliyev adına Tbilisi Dövlət Azərbaycan Dram Teatrının binasının təməlqoyma mərasimində bildirib.

O deyib ki, “Dünən üçtərəfli görüşlər keçirdik. Gürcüstan qərəzsiz vasitəçi, Ermənistan və Azərbaycanın dostu kimi regionda sülhün bərqərar olmasında maraqlıdır”.

Bununla belə, hökumət başçısı görüş zamanı müzakirə edilən məsələləri açıqlamayıb.

Məlumatlara əsasən, Gürcüstan, Azərbaycan və Ermənistan Baş nazirlərinin görüşü bir neçə saat davam edib.

Kateqoriya: Siyasət
Sonrakı yazı
İran ABŞ-yə xəbərdarlıq edib
Öncəki yazı
Tbilisidə Heydər Əliyev adına Azərbaycan Dram Teatrının yeni binasının təməli qoyulub