• 08 Dekabr 2023 14:10

Qardaşlıq matçı “Qalatasaray”ın qələbəsi ilə bitdi

Avatar photo

ByHacı Xəlilzadə

Mar 27, 2023

Bakıda “Qarabağ” və Türkiyənin “Qalatasaray” komandası arasında xeyriyyə oyunu keçirilib.
QafqazTürk xəbər verir ki, Bakı Olimpiya Stadionunda təşkil olunmuş matç İstanbul təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Görüşdə hesabı qonaqlar açıblar. 4-cü dəqiqədə Bafetimbi Qomis fərqlənib. 18-ci dəqiqədə “köhlən atlar”ın heyətində Redon Cica bərabərlik qolunu vurub. Son nöqtəni isə 87-ci dəqiqədə qonaqların hücumçusu Mauro İkardi qoyub. Argentinalı forvard penaltini dəqiq yerinə yetirib.
Qeyd edək ki, görüşdən əldə olunacaq bütün gəlirlər Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək.

1310cookie-checkQardaşlıq matçı “Qalatasaray”ın qələbəsi ilə bitdi

Bir cavab yazın