This is a specific ad

Qardabanidə bacısını öldürən şəxsə hökm oxunub

26

Another advertisement

Qardabanidə bacısını əvvəlcə maşınla vuran, sonra isə bıçaqla yaralayan şəxs 18 il müddətinə azadlıqdan məhrum edilib.

Hadisə nəticəsində zərərçəkmiş yerindəcə ölüb, məhkəmə təqsirləndirilən şəxsi təqdim olunmuş ittihamlar üzrə tam təqsirli bilib.

“Rustavi Şəhər Məhkəməsi prokurorluğun təqdim etdiyi sübutları tam qəbul edib və təqsirləndirilən şəxsi Qardabanda ailə üzvünü qəsdən öldürməkdə təqsirli bilib.

Məhkəmə prosesində tədqiq edilən dəlillər sübut edib ki, təqsirləndirilən şəxs 2024-cü il mayın 16-da Qardabani şəhərində cinsi ayrı-seçkilik zəminində bacısını son dərəcə amansızlıqla öldürmək məqsədi ilə avtomobillə onu vurub, daha sonra bıçaqla ona xəsarət yetirib. Aldıqları xəsarətlər nəticəsində zərərçəkən yerindəcə keçinib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxsi elə həmin gün həbs ediblər. O, Gürcüstan Cinayət Məcəlləsinin 11 Prima maddəsinin 109-cu maddəsinin “e”, “h”, “k” və “m” bəndləri ilə azadlıqdan məhrum edilib.

Sonrakı yazı
Sabaha olan valyuta məzənnəsi bəllidir
Öncəki yazı
Rusiya Fransadan Ukraynadakı münaqişə ilə bağlı Kiyevin iştirakı olmadan dialoqun başlanması ilə bağlı təkliflər alıb