Another advertisement
Qardabanidə Ramazan bayramı münasibətilə sosial ehtiyacı olan ailələrə ərzaq bağlamaları paylanıb.
QafqazTürk.com xəbər verir ki, Qardabani meriyasının və bələdiyyə məclisinin təşkilatçılığı ilə Ramazan bayramı münasibətilə bələdiyyədə yaşayan sosial ehtiyacı olan azərbaycanlı ailələrə ərzaq bağlamaları paylanıb.
Nobatların hazırlanmasında və ailələrə çatdırılmasında parlamentin üzvü Savalan Mirzəyev, Qardabani bələdiyyəsinin meri Davit Karqareteli, müavini Fuad Mirzəyev, bələdiyyə məclisinin sədrinin birinci müavini Samir Xiyalov, müavin Vüqar Məmmədov və yerli hakimiyyətin nümayəndələri iştirak ediblər.