This is a specific ad

Qardabanidə “İlham Əliyevin Gürcüstan siyasəti: enerji strategiyası kontekstində” kitabının təqdimatı olub

51

Another advertisement

Gürcüstanın Qardabani rayonunda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş “İlham Əliyevin Gürcüstan siyasəti: enerji strategiyası kontekstində” kitabının təqdimat mərasimi keçirilib. Tədbir çərçivəsində, həmçinin Ulu Öndərə həsr olunmuş fotosərgi açılıb.

QafqazTürk.com xəbər verir ki,tədbirdə Azərbaycanın Gürcüstandakı səfirliyinin məsul əməkdaşları, elm adamları, Azərbaycandan gəlmiş qonaqlar və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə Azərbaycanın və Gürcüstanın Dövlət himnləri səsləndirilib. Ulu Öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə çıxış edən Kamran Ramazanlı bildirib ki, kitabı ərsəyə gətirməkdə əsas məqsəd Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin Gürcüstan siyasətini, eləcə də dövlətimizin başçısının enerji siyasətini təhlil etmək və oxuculara bu barədə ətraflı məlumat verməkdir.

Sonra professor Mahmud Kamaloğlu, tarixçi alim, Gürcüstan parlamentinin sabiq deputatı Ramiz Bəkirov, Coğrafiya İnstitutunun baş direktoru coğrafiya elmləri doktoru Zakir Eminov və başqaları çıxış edərək kitab barədə fikirlərini bölüşüblər.

Bildirilib ki, müəlliflər kitabda Prezident İlham Əliyevin Gürcüstan siyasətini təhlil ediblər, bu siyasətə regional və qlobal geosiyasətin hazırkı mənzərəsindən baxmağa çalışıblar. Həmçinin Gürcüstan rəhbərliyinin iki qonşu və dost ölkənin əməkdaşlığı ilə bağlı fikirlərinə nəzər salıblar.

Tədbirin sonunda müəlliflər nəşrin ərsəyə gəlməsində əməyi olanlara və tədbirin iştirakçılarına minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, kitab Azərbaycan və gürcü dillərində nəşr edilib.

Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
ADA Universiteti Gürcüstandakı azərbaycanlılar üçün təqaüd proqramı təklif edir
Öncəki yazı
Dmanisidə 17 yaşlı yeniyetmə sevdiyi qızın atasını bıçaqlayıb