Another advertisement
Qardabani bələdiyyəsində, Kumisi yaxınlığında yol qəzası baş verib.
QafqazTürk Media xəbər verir ki, hadisə ölümlə başa çatıb. Gecə baş verən qəzada 2 nəfər dünyasını dəyişib, 7 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 276-cı (yol hərəkəti təhlükəsizliyi və ya istismar qaydalarını pozma) maddəsi ilə araşdırma aparılır.