Qardabanidə avtomobil qəzası baş verib – 1 nəfər ölüb

0

Qardabani bələdiyyəsində avtomobil qəzası baş verib.

QafqazTürk “İnfoRustavi”yə istinadən xəbər verir ki, qəza iki avtomobilin toqquşması nəticəsində olub.

Avtomobillərdən birində olan bir şəxs yerindəcə dünyasını dəyişib, 2 nəfər isə yaralanıb. Yaralananlardan biri azyaşlı uşaqdır, biri isə 41 yaşlı kişidir.

Mövcud məlumata görə, uşağın səhhəti nisbətən ağırdır və o, İaşvili adına klinikaya yerləşdirilib.

Kişiyə gəlincə, həmin şəxs Tbilisidəki “Geo Hospitals” xəstəxanasına aparılıbş Klinikadan verilən məlumata görə, xəstədə yüngül beyin silkələnməsi və bel fəqərələrinin sınığı var.

Hadisə yerinə təcili tibbi yardım briqadaları və patrul polisi səfərbər edilib.

0
0
Kateqoriya: Kriminal
Sonrakı yazı
Ramazan ayının on səkkizinci gününün imsak, iftar və namaz vaxtları
Öncəki yazı
Rabitə Komissiyası: 5-ci nəsil internetin tətbiqi məqsədilə hərrac elan ediləcək.