Qardabani bələdiyyəsində baş verən yol-nəqliyyat hadisəsi faciə ilə nəticələnib.
Məlumata görə, Teleti kəndinin mərkəzi yolunda, Marneuli istiqamətində hərəkət edən motosikletin sürücüsü idarəetməni itirib və yoldan çıxaraq aşıb.
Hadisə nəticəsində 30 yaşlı kişi hadisə yerindəcə dünyasını dəyişib.