Qardabani Bələdiyyəsi “Avropa Günləri” çərçivəsində məktəblilər üçün inşa müsabiqəsi elan edir

2

Qardabani Bələdiyyəsi “Avropa Günləri” çərçivəsində məktəblilər üçün inşa müsabiqəsi elan edir .

Qafqaztürk xəbər verir ki, bu barədə məlumat Qardabani meriyasının rəsmi səhifəsində yerləşdirilib.

Müsabiqədə 10, 11 və 12-ci sinif şagirdləri iştirak edə bilərlər.

Müsabiqənin mövzusu: Avropa, Gürcüstanın tarixi seçimi!
Müsabiqənin elan olunma tarixi: 16 may;
Sənədlərin qəbulu: 16-21 may;
Qaliblərin elanı – 23-25 may;

Ən yaxşı üç inşa münsiflər heyəti tərəfindən seçiləcək.


Qaliblərə hədiyyə, hər bir iştirakçıya isə sertifikat veriləcək.

İnşalar aşağıdakı ünvana göndərilməlidir: pr.gardabani.citycouncil@gmail.com və ya https://www.facebook.com/GardabaniMunicipalitycityCouncil

Mövzu hissəsində – müəllifin adını və soyadı, məktəb və əlaqə nömrəsinin qeyd olunması xahiş olunur.

0
0
Kateqoriya: Gündəm
Sonrakı yazı
Ərdoğan: “Qarşıdakı 12 gündən yaxşı istifadə edəcəyik”
Öncəki yazı
Sorğu: Ermənilərin 42,6%-i Azərbaycanla sərhəd hadisələrində yerli hakimiyyəti təqsirkar sayır