Qaraçöpdəki qətlin təfərrüatları üzə çıxdı- Xəyanət üstündə olub

1

Bir neçə gün bundan əvvəl, Saqareco bələdiyyəsinin Keşəli kəndində ölümlə nəticələnən cinayət hadisəsi baş verib.Orta yaşlı kişi, əvvəlcə keçmiş həyat yoldaşını yaralayıb, daha sonra isə qadının hazırki ərini öldürüb. Səbəb olaraq isə qadının xəyanət etməsi bildirilir.

Sosial şəbəkə vasitəsi ilə qətlin təfərrüatları barədə açıqlama verən Ağabala Xeyirxəbərovun paylaşımını sizə olduğu kimi təqdim edirik:

“Dəyərli soydaşlarımız, tam məsuliyyətimlə bəyan edirəm ki, Qaraçöpün Keşəli kəndində törədilən qətl hadisəsi sosial media tərəfindən düzgün işıqlandırılmır. Doğrudanmı bəzi mediya işçiləri xalqa yalan məlumatları yaymaqla həm özlərini, həm də sosial medianı bu qədər nüfuzdan salır. Söhbət Yaqub Xeyirxəbərovun, Yaşar Cəfərovu öz yaşadığı evində qətlə yetirməsi ilə bağlı məlumatların xalqa düzgün çatdırılmamasından gedir.Sosial media işçilərindən fərqli olaraq, mən vicdanım və namusumla hadisənin necə baş verdiyini sizlərə obyektiv şəkildə çatdırmağı lazım bildim.Sosial medianın dediyinə görə, guya Yaqub Xeyirxəbərov həyat yoldaşı Nailə Dünyamalıyevanı boşadıqdan 6 ay sonra onun arvadı, Yaşar Cəfərova ərə gedib.bu məlumat ağ yalandır! Yaqubla Yaşar arasında dostluq olub. Bir birnin evlərinə gedib, gəlirmişlər. Bu zaman Yaqub hiss edir ki, Yaşarla arvadı arasında isti münasibət yaranıb.O gündən Yaqubda dostuna qarşı qısqançlıq yaranıb. Və doğrudan da Yaqub, arvadı ilə dostu Yaşarın arasında telefon əlqəsinin olmasını təsdiqləyib. Bundan sonra ailədə abu hava dəyişib. Nəticədə arvadı Nailə,, xanım” əri Yaqubu polisə şikayət edib, onu tutdurub. Özü də atası evinə gedib. 2 aydan sonra Yaqub vaxtından əvvəl azadlığa buraxılıb. Növbəti gün Yaqub qaynatası evinə gedib.Orada Nailənin anası və atasının iştirakı ilə yenidən arvadından hərəkətlərinə görə izahat tələb edib.Bu vaxt Nailə əlini Qurana vurur ki, mənim Yaşarla sənin dostun kimi telefon əlaqəmiz olub, biri birimizdən hal əhval soruşmuşuq, başqa əlaqəmiz olmayıb və bundan belə heç o əlaqəmiz də olmayacaq,deyə əri Yaqubu inandıra bilib və orada barışıq olub. Nailə əri ilə birlikdəp Yaqubla yaşadığı evə gəlib. 5 gün normal şəraitdə, əvvəlki kimi mehriban yaşayıblar. 6 -cı günü Yaqubun başqa yerə getməsindən isifadə edən dostu Yaşar, dostu Yaqubun arvadını özünə arvad aparıb. Bəli, bax bu da 16 il Yaqubla yaşayan, biri 15, digəri 13 yaşında olan iki uşağın anası və Yaqubla dostluq edən şərəfsiz Yaşarın nakişiliyi və Yaqub Xeyirxəbərovun kişiliyi” – deyə Ağabala Xeyirxəbərov bildirib

1
0
Kateqoriya: Maraqlı
Sonrakı yazı
Türkiyəli ekspert: “Ermənistanda uşaqları terror təşkilatına cəlb edirlər”
Öncəki yazı
Qəzzaya humanitar yardım dayandırılıb