This is a specific ad

Qarabağın qondarma qurumu özünü buraxdı

42

Another advertisement

Qarabağın qondarma rəhbəri Samvel Şahramanyan 19 sentyabr 2023-cü ildən sonra regionda yaranmış vəziyyətlə əlaqədar “dövlət idarə və təşkilatlarının buraxılması barədə” sənəd imzalayıb. Məlumatı “İnterfaks.ru” verib.

Sənəddə deyilir: “Bütün dövlət idarə və təşkilatları 1 yanvar 2024-cü ilə qədər buraxılsın və Dağlıq Qarabağ Respublikası (Artsax) özünün fəaliyyətini dayandırır”.

Qarabağ əhalisinə, eləcə də kənarda yaşayan sakinlərə sənədin qüvvəyə minməsindən sonra Azərbaycanın təklif etdiyi reinteqrasiya şərtləri ilə tanış olmaq, regionda qalıb-qalmamaq barədə müstəqil qərar vermək həvalə olunur. Sənəd dərc olunan kimi qüvvəyə minir.

Kateqoriya: Maraqlı
Sonrakı yazı
ყარაბაღის არაღიარებულმა რესპუბლიკამ თვითლიკვიდაციის შესახებ გამოაცხადა
Öncəki yazı
Azərbaycan polisi Xankəndinə daxil oldu