Another advertisement
“Qarabağ” UEFA Avropa Liqasının pley-off mərhələsində ilk oyununu keçirib.
QafqazTürk.com xəbər verir ki, Qarşılaşma Azərbaycan təmsilçisinin inamlı qələbəsi ilə bitib – 4:2.
“Köhlən atlar”ın qollarını 21-ci dəqiqədə Marko Yankoviç (pen), 54 və 69-cu dəqiqələrdə Abdullah Zubir, 65-ci dəqiqədə Olavio Juninyo vurublar.
Meydan sahiblərində 44-cü dəqiqədə Simon Banza, 90+1-ci dəqiqədə Joau Moutinyu (pen) fərqləniblər.
Qeyd edək ki, tərəflər arasında cavab görüşü fevralın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək.