Qarabağda Rusiya sülhməramlılarını öldürdülərQarabağda Rusiya sülhməramlılarının olduğu avtomobil müşahidə məntəqəsindən qayıdarkən atəşə tutulub və hərbçilər həlak olub.
Qafqaztürk xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Sentyabrın 20-də Rusiya sülhməramlı kontingentinin müşahidə məntəqəsindən qayıdarkən rus hərbçilərinin olduğu avtomobil kiçik silahlardan atəşə tutulub. Avtomobildə olan hərbçilər həlak olub”, – deyə məlumatda bildirilir.Qeyd edilib ki, Rusiya və Azərbaycan istintaq orqanlarının nümayəndələri hadisənin bütün hallarını aydınlaşdırmaq üçün yerində işləyirlər.