This is a specific ad

“Qarabağ” son dəqiqə qolu ilə qələbə qazandı – VİDEO

38

Another advertisement

Cəbəllütariqdə “Linkoln” və “Qarabağ” komandaları arasında keçirilən UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyunu başa çatıb. 

QafqazTürk.com xəbər verir ki, qarşılaşma “Qarabağ”ın qələbəsi ilə yekunlaşıb. 

Meydan sahibləri 25-ci dəqiqədə Kike Qomeslə hesabı açsa da, 58-ci dəqiqədə Redon Cica bərabərlik qolunu vurub. Yasin Benzianın 90+4-cü dəqiqədə vurduğu qol isə ağdamlılara qələbə qazandırıb – 1:2.

Qeyd edək ki, komandaların cavab matçı iyulun 19-da Bakı Olimpiya Stadionunda olacaq.

Kateqoriya: İdman
Sonrakı yazı
Ərdoğan Kanadanın baş naziri Trüdo ilə görüşdü
Öncəki yazı
Dünya bazarında neft qiymətləri necə dəyişib?