This is a specific ad

Qarabağ-Qalatasaray matçından əldə edilən gəlir açıqlanıb – FOTO

109

Another advertisement

26 mart 2023-cü ildə Bakı Olimpiya Stadionunda təşkil olunan Qarabağ-Qalatasaray matçından əldə edilən gəlir məlum olub.

QafqazTürk xəbər verir ki, bu barədə Qarabağ futbol klubunun rəsmi sosial şəbəkə hesabında məlumat dərc edilib.

Məlumata əsasən xeyriyyə və yoldaşlıq matçından əldə edilən gəlir 1 milyon 90 min 455 AZN (təxminən 12 milyon 336 min TL) təşkil edib.

“Qarabağ FK”nın rəsmi məlumatını təqdim edirik:

“İctimaiyyətin diqqətinə!

26 mart 2023-cü il tarixində “Qarabağ” və “Qalatasaray” klubları arasında xeyriyyə matçı keçirilmişdir. Əvvəlcədən də bəyan edildiyi kimi bu oyundan gələn gəlirlər qardaş Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə göndəriləcək. Nəzərinizə çatdırmaq istəyirik ki, “Qarabağ” və “Qalatasaray” arasında baş tutmuş oyunun gəlirləri 1.090.455 (Bir milyon doxsan min dörd yüz əlli beş) AZN, təxminən 12.336.000 (on iki milyon üç yüz otuz altı min) Türkiyə lirəsi olmuşdur. Bu gəlirlərdən bəziləri (Türkiyədə oyunun yayım hüququndan gələn və Türkiyədən verilmiş reklam gəlirləri) “Qalatasaray” tərəfindən açılmış yardım hesabına köçürüləcəkdir.

Bilet satışı, meydan ətrafı reklam gəlirləri, həmçinin Azərbaycanda yayım haqqından gələn və digər gəlirlər isə qısa zamanda Türkiyədəki uyğun hesaba göndəriləcəkdir.

Xeyriyyə matçında bizə dəstək olan
“Azersun”, “Final”, “Azerçay”, “Gesco Security”, Bakı Olimpiya stadionu, “Liv Bona Dea”, “Haber Global”, “CBC Sport”, Bakı Nəqliyyat agentliyi, “Misli”, “Sabah” FK, “Günaydın” restoranı, “Mr.Fix”, “Hünər Qrup”, “Bizon”, “iTicket” həmçinin “Hyundai”ya minnətdarlığımızı bildiririk.

Və… Şübhəsiz, çağırışımıza qoşularaq bu oyunu maraqlı edən, stadiona gəlmiş 62 mindən artıq azarkeşə sonsuz təşəkkürlər!”.

Kateqoriya: İdman
Sonrakı yazı
NATO Putinin nüvə təhdidlərinə və Rusiya hökumətinin Belarus ərazisində nüvə silahı yerləşdirməsinə etinasız yanaşmamalıdır.Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu Ukrayna Müdafiə və Təhlükəsizlik Şurasının sədri Aleksey Danilov deyib.”Mən tam əminəm ki, Putin indi Belarusda nüvə silahı yerləşdirməklə dünyanı şantaj edir. Unutmaq olmaz ki, 2014-cü ildə Rusiya 298 nəfərin olduğu MH-17 sərnişin təyyarəsini vurub. Təyyarədə Alyansa üzv ölkələrin vətəndaşları var idi. Lakin NATO buna göz yumdu. Vəziyyət təkrarlana bilər. NATO ölkələrinin ərazisinə zərbə endirmək üçün Belarus ərazisində nüvə silahının olması çox da vacib deyil. Çünki bu gün Rusiyanın ərazisindən istənilən NATO ölkəsinə nüvə başlığı olan raketlə hücum etmək mümkündür. Bu, Putinin müəyyən hadisələrdən əvvəl istifadə etdiyi nüvə əzələlərinin oyunudur”.
Öncəki yazı
7 aprel tarixinə olan rəsmi məzənnə