Another advertisement
“Qarabağ” UEFA Avropa Liqasının pley-off mərhələsində ilk oyununu keçirib.
QafqazTürk.com xəbər verir ki, Azərbaycan təmsilçisi Sloveniya klubu “Olimpiya”nın qonağı olub.
“Stojitse” stadionunda baş tutan görüşdə Ağdam təmsilçisinin futbolçuları birinci hissədə rəqibi iki dəfə mərkəzə dəvət ediblər.
32-ci dəqiqədə Kevin Medina, 44-cü dəqiqədə isə Leandro Andrade fərqləniblər.
Komandaların ikinci hissədəki cəhdləri bir nəticə verməyib. Beləliklə, “Qarabağ” 2:0 hesablı səfər qələbəsi qazanaraq, qrup mərhələsinə vəsiqə yolunda vacib üstünlük əldə edib.
Qeyd edək ki, komandalar arasında növbəti qarşılaşma avqustun 31-də Bakıda baş tutacaq.