This is a specific ad

“Qarabağ” “Çelsi” və “Qalatasaray”ı qabaqladı

58

Another advertisement

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) klubların yeni dünya reytinqini dərc edib.

QafqazTürk.com federasiyanın saytına istinadən xəbər verir ki, siyahıda 414 komanda yer alıb. Onların arasında Azərbaycandan “Qarabağ”, “Sabah” və “Neftçi” də var.

“Qarabağ” 144,5 xalla 61-ci sırada qərarlaşıb. Komanda ötən siyahı ilə müqayisədə 3 pillə irəliləyib. Azərbaycan çempionu Fransanın “Monako”, İngiltərənin “Çelsi”, “Tottenhem” və Türkiyənin “Qalatasaray” kimi klublarından irəlidədir.

Bundan əvvəlki cədvəldə 286-cı olan “Sabah” hazırda 302-ci pillədə qərarlaşıb. “Futurislər”in 63,5 xalı var. “Neftçi” isə 7 pillə geriləyib. “Ağ-qaralar” 61,75 xalla 318-ci sırada yer alıb.

Siyahıya 304 xalla “Mançester Siti” liderlik edir. Madridin “Real”ı 291 xalla 2-ci, “İnter” 254 xalla 3-cüdür.

Kateqoriya: İdman
Sonrakı yazı
Ərdoğan: “Mülki şəxslərə hücumu düzgün hesab etmirik”
Öncəki yazı
ANALARIN NƏZƏRİNƏ! – Süd butulkalarındakı təhlükə