Cari ildə 62 aptekdə qanunsuz əczaçılıq fəaliyyəti ilə bağlı 258 fakt aşkarlanıb.
QafqazTürk.com xəbər verir ki,bu barədə Tibb və Əczaçılıq Fəaliyyətinin Tənzimlənməsi Agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, təftiş nəticəsində əczaçılıq müəssisələrinin icazəsiz və reseptsiz psixotrop vasitələrin satışı ilə məşğul olması müəyyən edilib.
Həyata keçirilən tədbirlər nəticəsində tənzimləyici qurum tərəfindən müvəkkil apteklərdən reseptsiz 11 341 684 ədəd psixotrop dərman vasitəsinin satışı faktı aşkar edilib.
Bundan əlavə, agentlik psixotrop dərmanların satışına icazəsi olmayan apteklərdən 97 753 ədəd dərman vasitəsini yığışdırıb.
Əldə edilən məlumata görə, qanun pozuntusu ilə bağlı məlumat Maliyyə Nazirliyinin istintaq xidmətinə göndərilib.