• 20 Fevral 2025 00:53

QafqazTürk

Gürcüstanda və dünyada baş verən ən son hadisələri bizdən xəbər alın

Qanunsuz ovlanmağa qarşı mübarizədə 125 fakt qeydə alınıb

ByNiyazi Yusubov

Apr 10, 2023
Another advertisement

Ətraf Mühitə Nəzarət Departamentinin əməkdaşları, brakonyerliyə (qadağan olunmuş ov tutmaqla, yaxud meşə qırmaqla məşğul olan, təbii sərvəti qanunsuz istifadə edilməsi, ovetmə, balıqtutma qaydalarını və heyvanlar aləminin mühafizəsi haqqında digər tələbləri pozmaqla vəhşi heyvanların ovlanması) qarşı mübarizə çərçivəsində 2023-cü il yanvarın 1-dən martın 31-dək qanunsuz balıq ovu ilə bağlı 125 fakt aşkar ediblər.

QafqazTürk.com xəbər verir ki, ən çox qeyri-qanuni balıq ovu İmeretidə aşkar edilib.

Mtsxeta-Mtianetidə 20, Sameqrelo-Zemo Svanetidə 14, Şida Kartlidə 11, Samtsxe-Cavaxetidə 11, Kvemo Kartlidə 9, Kaxetidə isə 5 qayda pozuntusu qeydə alınıb.

Ətraf Mühitə Nəzarət Departamentinin əməkdaşları, Tbilisidə isə qanunsuz balıq ovu ilə bağlı 4 fakt aşkarlayıb.

Ümumilikdə qanunsuz olaraq ovlanmış balıqların miqdarı 159 kq-ı ötüb.

Bir cavab yazın