This is a specific ad

Qanunsuz ovla bağlı faktlar aşkarlanıb

241

Another advertisement

ETSN-nin ekoloji nəzarət şöbəsinin əməkdaşları köçəri quşların ov mövsümünün başlanmasından cəmi 20 gün ərzində qanunsuz ovla bağlı 104 fakt aşkarlayıb.

QafqazTürk Media xəbər verir ki, bu barədə Ətraf Mühitin Mühafizəsi Departamenti məlumat yayıb.

Əldə olan məlumata görə, ən çox qeyri-qanuni ov halı – 35-i İmeretidə qeydə alınıb; Sameqrelo-Zemo Svanetidə 31, Şida Kartlidə 9, Kvemo Kartlidə 9, Kaxetidə 5, Samsxe-Cavaxetidə 5, Quriyada 5, Mtsxeta-Mtianetidə 3 fakt qeydə alınıb.

“Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları Tbilisi şəhərinin inzibati sərhədlərində 2 qanunsuz ov hadisəsinin qarşısını alıblar.

Aşkar edilmiş qanun pozuntularından 94-ü qadağan olunmuş silah və ya üsullarla ov etmə faktlarıdır.

Qanun pozucuları tərəfindən 9 halda köçəri quşların ətraf mühitdən çıxarılması üçün müəyyən edilmiş rüsum ödənilmədən ov edilib, 1 halda isə ov qaydalarının pozulması faktı qeydə alınıb. Brakonyerlər qanunsuz olaraq 27 ədəd bildirçin ovlayıblar.

Ov mövsümünün başlanmasından 20 gün ərzində quşları cəlb etmək üçün səs siqnalları yayan 94 ədəd elektron cihaz çıxarılıb.

Qeyri-qanuni ov faktlarının aşkar edilməsi və qarşısının alınması məqsədilə ekoloji nəzarət şöbəsinin əməkdaşları ov mövsümündə Gürcüstanın bütün ərazisində 24 saat gücləndirilmiş nəzarət həyata keçirirlər. Bundan əlavə, ETSN-nin “Qaynar xətt”inə (153) daxil olan hər bir məlumat dərhal cavablandırılır”, – deyə məlumatda deyilir.

Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
Xarici İşlər naziri İliya Darçiaşvili İordaniya Haşimilər Krallığında səfərdədir
Öncəki yazı
Gürcüstan hökuməti yeni layihəyə başlayır