Another advertisement
Gürcüstanda qanunsuz küçə ticarətinə görə cəza sərtləşdirilə bilər.
QafqazTürk mövcud qaydaları təqdim edir:
- İcazəsiz ticarət malları müsadirə edilməklə 20-dən 50 lariyə cərimə, səlahiyyətli orqanların tələblərinə məhəl qoymadıqda isə 50-dən 100 lariyə qədər cərimə və ya həbs nəzərdə tutulur. Dəyişikliklər layihəsinə əsasən bu normalar qüvvədə qalır, lakin onlara aşağıdakılar da əlavə olunacaq.
- Təkrar pozuntuya görə mallar müsadirə ediləcək və 100-dən 200 lariyə qədər cərimə yazılacaq.
- Nəqliyyat vasitəsindən və ya onun qoşqusundan istifadə etməklə ticarətə görə mallar müsadirə olunmaqla 500 lari məbləğində, səlahiyyətli orqanların tələblərinə məhəl qoymadıqda isə 1000 lari məbləğində cərimə və ya 7 günə qədər həbs.