This is a specific ad

Qanunsuz balıq ovu və dənizin çirklənməsi ilə bağlı qanun sərtləşdirilir

51

Another advertisement

Qanunsuz balıq ovu və dənizin çirklənməsinə qarşı sanksiyalar  sərtləşir.

Qafqaztürk.com xəbər verir ki, Gürcüstanın Cinayət Məcəlləsinə edilən dəyişikliyə əsasən, balıq və ya digər su heyvanlarının elektrik cərəyanı, elektrik silahı, digər qadağan olunmuş silahlar, partlayıcı maddələr, habelə zəhərli maddələrlə kütləvi şəkildə məhv edilməsi ictimai işlərlə 320 saatdan 400 saatadək və ya iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etməni nəzərdə tutur.

Sözügedən qanun cari ilin oktyabrın 1-dən qüvvəyə minəcək.

Söhbət müəyyən edilmiş qaydaları pozmaqla dənizdə gəmidən, digər üzən vasitələrdən, platformadan, boru kəmərindən və ya süni şəkildə tikilmiş digər tikilidən zərərli, çirkləndirici maddələrin, istehsalat, texniki və ya digər tullantıların və/və ya materialın dənizə tökülməsindən gedir. Qeyd olunan hallar Gürcüstan qanunvericiliyi ilə 100.000 lari cəriməni nəzərdə tutur.

Bundan başqa, mülki dövriyyədə icazə verilən balıq ovlayan elektroşokun qanunsuz əldə edilməsi, saxlanması, daşınması, başqasına verilməsi və ya özgəninkiləşdirilməsi – cinayət silahının müsadirəsi ilə yanaşı, 1000 lari məbləğində cərimə tətbiq ediləcək. Yuxarıda qeyd olunanların təkrarlanması 2000 lari məbləğində pul sanksiyası və cinayət silahlarının müsadirəsi ilə nəticələnəcək.

Dəyişikliklərə əsasən, balıq ovu üçün qanunsuz elektrik silahlarının hazırlanması, alınması, saxlanması, daşınması, ötürülməsi, göndərilməsi və ya çıxarılması cinayət silahları müsadirə olunmaqla sanksiya kimi 3000 lari və təkrar olunan halda- cinayət silahları müsadirə edilməklə bərabər 6000 lari məbləğində cərimə tətbiq ediləcək.

Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
საქართველოს აზერბაიჯანელთა კონგრესის თავმჯდომარემ ჰუსეინ იუსუბოვმა ელჩს ფაიგ გულიევს მიულოცა
Öncəki yazı
Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyn Yusubov səfir Faiq Quliyevi təbrik edib