Axmetada qətl hadisəsi baş verib. Kənd sakini 40 yaşlarında kişini odlu silahla güllələyib.
Hadisəni törədən şəxs özü də yaralanıb və xəstəxanaya yerləşdirilib.
Hadisə gecə saatlarında “Bulaqlar” adlanan ərazidə baş verib. Ölən şəxs də, hadisəni törədən şəxs də Kistauri kəndinin sakinləridir.
Yerli sakinlərin sözlərinə görə, aralarında münaqişə yaranan zaman hər ikisi bir masa arxasında olublar.
Versiyalardan birinə görə, Ramaz Lepsveridze əvvəlcə güllələnib, bundan sonra o, Jaba Kvitsaşvilini ölümcül yaralayıb.
Faktla bağlı araşdırma aparılır.