This is a specific ad

Qan təzyiqinə və yaddaşa xeyirdir – Qozun faydaları

69

Another advertisement

Qoz ən yaxşı zülal mənbələrindəndir. O lif, B vitamini, maqnezium, və E vitamini kimi antioksidantlarla zəngindir. Ümumiyyətlə qoz-fındıqda yüksək miqdarda bitki sterolları və omeqa 3 turşuları var. Gün ərzində 4-5 ədəd təzə qoz yemək insanı bir çox xəstəliklərdən, o cümlədən onkoloji proseslərdən qoruya bilər.

QafqazTürk.com xarici mediaya istinadən qozun faydalarını tədqim edir:

– Beyin sağlamlığını qoruyur, yaddaşı gücləndirir.

– Omeqa-3 yağ turşuları və antioksidantlarla zəngindir.

– Ürək sağlamlığını qorumağa kömək edir.

– Bağırsaq sağlamlığını dəstəkləyir.

– Xərçəng riskini azaldır.

– Depressiyaya qarşı təsirlidir.

– Yuxunu nizamlamağa kömək edir.

– Orqanizmdə iltihabı azaldır.

– Diabet riskini azaldır.

– Qan təzyiqini aşağı salır.

– Dərinin sağlamlığını qoruyur.

Həmçinin Qozda olan omeqa-3 yağ turşuları və yüksək antioksidantlar beynin daha funksional fəaliyyətinə müsbət təsir göstərir. Sağlam yağ turşuları, antioksidantlar, polifenollar və E vitamini beyindəki iltihabı və oksidləşdirici zədələnməni azaldır və qarşısını alır, bu da yaddaş problemlərinin aradan qaldırılmasında və Alzheimer xəstəliyi riskinin azaldılmasında xüsusilə təsirlidir. Qozda olan E və F vitaminləri dərini zərərli sərbəst radikallardan qorumağa kömək edir və həmçinin qırışlarla birlikdə dərinin qurumasının qarşısını alır.

Kateqoriya: Sağlamlıq
Sonrakı yazı
Marneulidə avtomobil qəzası baş verib – Ölən və yaralılar var
Öncəki yazı
Rustavi-Tbilisi marşrut xəttində yenilik