“Qalatasaray”dan “Fənərbaxça”ya gözlənilməz zərbə – VİDEO

12

Another advertisement

“Qalatasaray” “Fənərbaxça”nın transfer etməyə çalışdığı Vilfrid Zahanı rənglərinə bağlayıb.

QafqazTürk.com xəbər verir ki, “Qalatasaray” klubu bu barədə sosial media hesabında paylaşım edib.

“Qalatasaray” Zahanın transferini son günlərin məşhur xalq mahnısı “Ali Cabbar”la açıqlayıb. “Peşəkar futbolçu Dazet Vilfried Armel Zahanın klubumuza transferi ilə bağlı futbolçu ilə rəsmi danışıqlara başlanılıb” – deyə məlumatda bildirilib.

Məlumata görə, Zaha müqavilə imzalamaq üçün artıq İstanbula gəlib.

Qeyd edək ki, peşəkar futbolçu karyerasına “Kristal Pelas”da başlayan Zaha, “Mançester Yunayted” və “Kardiff Siti” kimi klublarda çıxış edib. Zaha 458 matçda 90 qol vurub və 76 məhsuldar ötürmə edib.

Kateqoriya: İdman
Sonrakı yazı
Müdafiə naziri: Ukrayna gələn il NATO-ya qəbul olunacaq
Öncəki yazı
Ərdoğan komandasını toplayır – Gündəlikdə nələr var?