This is a specific ad

“Qalatasaray” Sergio Ramosu bu tarixdə ictimaiyyətə təqdim edə bilər

20

Another advertisement

Qalatasaray” bu gün “Molde” ilə oynayacağı cavab matçında Sergio Ramosu təqdim etməyə hazırlaşır.

QafqazTürk.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Sergio Ramos “Qalatasaray”ın bu gün “Molde” ilə oynayacağı cavab oyunundan sonra ictimaiyyətə təqdim ediləcək.

Qeyd edək ki, bundan əvvəl Çempionlar Liqasında qruplara vəsiqə qazanacağı təqdirdə Serxio Ramosun “Qalatasaray”a transfer olmaq üçün bəzi güzəştlər edəcəyi barədə xəbərlər yayılmışdı. “Qalatasaray”ın Serxio Ramosa 5 milyon avro+imza pulu və imic haqqı təklif etdiyi bildirilib.

Məlumata görə, təcrübəli müdafiəçinin ilk tələbində imza haqqı da daxil olmaqla 15 milyon avro istədiyi iddia edilsə də, sonradan Çempionlar Liqası məsələsi səbəbindən o, bu məbləği 8 milyon avroya endirib.

Bildirilir ki, “Qalatasaray” Çempionlar Liqasının qrupuna vəsiqə qazansa, Ramos illik məvacibində daha da endirim edə bilər.

Kateqoriya: İdman
Sonrakı yazı
წელს საქართველომ თურქეთისგან რეკორდული რაოდენობის კვერცხი იყიდა
Öncəki yazı
İtaliyada 8 Gürcüstan vətəndaşı həbs edilib