QafqazTürk Medyadan süni intellektlə bağlı yeni addım – Xəbər aparıcımız “Sadiq Qafqaztürk” ilə tanış olun! – ƏTRAFLI

79

Əziz izləyicilərimiz,

QafqazTürk Medya olaraq daim yeniliklərə açıq, müasir dövrün tələblərinə cavab verən media platforması olmağa çalışırıq. Bu gün sizlərlə böyük bir yeniliyi paylaşmaqdan məmnunuq!

Dünyamız artıq süni intellekt dövrünə qədəm qoyub. Həyatımızın bir çox sahəsində bu texnologiya öz yerini möhkəmləndirib. Biz də bu inkişafdan geri qalmamaq və sizlərə daha sürətli, dəqiq və innovativ xəbərlər təqdim etmək məqsədilə süni intellekti media fəaliyyətimizə daxil etdik.

Bu münasibətlə sizə süni intellekt əsaslı xəbər aparıcımız – “Sadiq Qafqaztürk”ü təqdim edirik! 
O, QafqazTürk Medyanın rəsmi süni intellekt aparıcısıdır və gündəlik xəbərləri izləyicilərimizə yeni bir üslubda təqdim edəcək.

Qeyd edirik ki, Sadiq Qafqaztürkün müəllif hüquqları tam şəkildə QafqazTürk Medyaya məxsusdur.

Bu addım QafqazTürk Medyanın regionda süni intellekt texnologiyasını media sahəsinə gətirən ilk qurumlardan biri olmasını təmin edir.

Bizimlə qalın – çünki QafqazTürk Medya artıq gələcəyin mediasıdır.

Hörmətlə,
QafqazTürk Medya rəhbərliyi

Süni intelekt Sadiq QafqazTürk ilə linkə daxil olaraq tanış olun!

https://www.facebook.com/share/r/1AWwCE4VVg/

Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
Tbilisidə mağazada azərbaycanlı gənclər təhqir edən və qrup şəklində döyən daha 4 nəfər saxlanılıb – ƏTRAFLI
Öncəki yazı
“Batumelebi”: “Gürcü Arzusu” Mziya Amaghlobelinin işi üzrə prokurorları vəzifəyə yüksəldib