This is a specific ad

Qafqaz regionunda keçirilən ən möhtəşəm Beynəlxalq Musiqi Festivalı – “ONE CAUCASUS”

16

Another advertisement

24-27 avqust 2023-cü il tarixlərində Marneuli bələdiyyəsinin  Tserakvi kəndində “One Caucasus” beynəlxalq musiqi festivalı keçiriləcək.

“One Caucasus” festivalı 2014-cü ildən Marneulidə keçirilir və bu, bələdiyyədə yeganə beynəlxalq festivaldır.

Festivala hər il Ermənistan və Azərbaycan sərhədinə yaxın kiçik bir kənd – Tserakvi ev sahibliyi edir. Festival musiqi hissəsi ilə yanaşı, müxtəlif maarifləndirici seminarlar və fəaliyyətləri əhatə edir.

Festivalın əsas məqsədi Cənubi Qafqazda yaşayan gənclər üçün ruhlandırıcı və təhlükəsiz məkan yaratmaqdır.

“Qafqaz regioni illərdi bir çox münaqişələrdən əziyyət çəkir. Kvemo-Kartli bölgəsi Gürcüstan, Ermənistan, Azərbaycanın sərhəd bölgəsidir və uzun illərdir bir çox etnik və dini qrupların sülh şəraitində yaşadığı bir yer olaraq bilinir. Bu, bir sıra gərginlik və münaqişələrdən əziyyət çəkən Qafqaz üçün olduqca unikaldır. Məqsədimiz, yerli bələdiyyənin dəstəyi ilə bütün Qafqaz bölgəsindən olan gənclərin görüşlərini və əməkdaşlığını təşviq etmək üçün ruhlandırıcı və təhlükəsiz bir məkan yaratmaqdır.- bu barədə “One Caucasus”-un rəsmi saytında qeyd olunub.

Hər il “One Caucasus” festivalı dünyanın hər yerindən musiqiçiləri, rəssamları, memarları, əyləncəçiləri və könüllüləri bir araya gətirir. Hər il müxtəlif qitələrdən çoxlu sayda xarici könüllülər “One Caucasus” festivalının çoxşaxəli proqramını yaradırlar. Festivala Kvemo Kartli regionunda yaşayan gənclərin “One Caucasus” təhsil proqramı çərçivəsində yaratdığı incəsənət layihələri (filmlər, instalyasiyalar və s.) daxildir.

Qeyd edək ki, festivala qatılmaq üçün nəqliyyat, yerləşdirmə və iştirak tamamilə pulsuzdur.

Daha ətraflı məlumat üçün “One Caucasus” rəsmi veb-saytına nəzər yetirə bilərsiniz: https://www.onecaucasus.org/

Sonrakı yazı
Alman professor müsəlman tələbəyə dini və irqi mənsubiyyətinə görə təhqirlər yağdırıb
Öncəki yazı
ყველაზე შთამაგონებელი ფესტივალი კავკასიაში – „ერთიანი კავკასია“ – „ONE CAUCASUS”