This is a specific ad

Qadınların liderlik etmək və müsbət dəyişiklik yaratmaq gücünə sahib olduğuna inanırsınız? O zaman bu layihə sizin üçündür!

44

Another advertisement

📣 Qeyri -hökümət təşkilatı “DEP” milli azlıqların nümayəndəsi olan fəal qadınlar üçün yeni layihəyə başlayır.

🌟Advokatlığı daha yaxşı öyrənmək və icmanızın inkişafının qayğısına qalmaq istəyirsiniz? Qadınların liderlik etmək və müsbət dəyişiklik yaratmaq gücünə sahib olduğuna inanırsınız?O zaman bu fürsət sizin üçündür!

Bir illik layihə çərçivəsində Samtsxe-Cavaxeti və Kvemo Kartli bölgələrindən olan qadın liderlər layihənin aşağıdakı fəaliyyətlərinə cəlb olunacaqlar:

🌟 Bacarıq inkişaf etdirmə təlimləri – qadınlar onlar üçün vacib olan məsələlərdə advokatlığı öyrənəcəklər;

📣Liderlik və mentorluq təlimləri – iştirakçılar gender baxımından həssas liderlik bacarıqlarını təkmilləşdirəcək və mentorun dəstəyi ilə icmanın inkişafı yönümlü təşəbbüslər üzərində işləyəcəklər;

✈️ Almaniyaya təhsil səfəri – qadınlar Almaniyanın dövlət fondları və qeyri-hökumət təşkilatları ilə görüşəcək, onların işinin xüsusiyyətləri və qabaqcıl təcrübələri ilə tanış olacaqlar;

✨Lider qadınlar forumu – iştirakçı qadınlar bir-birləri ilə görüşəcək və tanış olacaq, onlara uyğun mövzular üzərində işləyəcəklər. Həmçinin, onlar donorlarla görüşəcək və müxtəlif inkişaf yönümlü imkanlar haqqında məlumat əldə edəcəklər.

💡 Mini-qrantların həyata keçirilməsi – layihə iştirakçılarına öz təşəbbüslərini həyata keçirmək üçün 2000 avro məbləğində qrantlar veriləcək və layihənin icrası prosesində mentorun dəstəyinə sahib olacaqlar.

🎯 Qeydiyyatdan keçmək üçün linkə daxil olun və layihədə iştirak etmək motivasiyanızı bölüşün 👇https://forms.gle/pRjM647rYravBMNC6
Müraciətlər avqustun 31-dək qəbul olunur.
Layihə ilə bağlı məlumatlandırma görüşləri 24 və 31 avqust tarixlərində saat 19:00-da keçiriləcək. İclasda aşağıdakı linkə daxil olaraq iştirak etmək olar: https://us02web.zoom.us/j/89634817410


📌Layihə Almaniya Xarici İşlər Nazirliyinin maliyyə dəstəyi ilə Rönne-Stiftung ilə tərəfdaşlıqla, İnkişaf və İştirak Platforması “Dep” təşkilatı tərəfindən həyata keçirilir.

Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
პროკურატურამ მარნეულის მუნიციპალიტეტში მომხდარი განზრახ მკვლელობის ფაქტზე ერთ პირს ბრალდება წარუდგინა
Öncəki yazı
Şovidə təbii fəlakət zonasında ölənlərin sayı 28-ə çatıb – ƏTRAFLI