Qadını yazışmaları ilə təhdid edən polis əməkdaşı saxlanılıb

0

Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin baş inspektoru qadını təqib etmə faktı ilə ifşa edilib.

QafqazTürk.com xəbər verir ki,bu barədə Xüsusi İstintaq Xidməti məlumat yayıb.

Məlumata görə,2022-ci ilin sentyabr ayından 2023-cü ilin fevral ayına qədər olan müddətdə hüquq-mühafizə orqanının əməkdaşı Rustavidə tanıdığı qadınla onu təhdid edərək görüşüb.

İfşa edilən polis əməkdaşı zərərçəkmiş qadınla telefon və sosial şəbəkələr vasitəsilə əlaqə saxlayıb və onunla görüş tələb edib. Əks halda zərərçəkmişi aralarındakı yazışmaları yaymaqla təhdid edib.

Faktla bağlı araşdırma davam etdirilir, təqsirləndirilən şəxsi 2 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

0
0
Kateqoriya: Kriminal
Sonrakı yazı
9-cu sinif şagirdi,14 yaşlı qız ölü tapılıb
Öncəki yazı
Fələstin Prezidenti: HƏMAS xalqımızın təmsilçisi deyil