This is a specific ad

Qaçağan kəndində yaşayan aztəminatlı ailənin yardıma ehtiyacı var

23

Another advertisement

Marneuli bələdiyyəsinin Qaçağan kəndində yaşayan Mikiyevlər ailəsinin evi qəzalı vəziyyətdədir.

Əminə Mikiyevanın qeyd etdiyinə görə, ailənin yeganə gəlir mənbəyi xəstə övladının çobanlıqdan qazandığı maddi gəlir və 64 yaşlı qadının aldığı təqaüddür. Bu məbləğ isə onların nə dərman almalarına, nədəki dolanışlarına yetir. Kommunal xərclərini qonşularının köməyi ilə ödəyir və tez-tez qonşular onu yeməklə təmin edirlər.

Yoxsulluq içində də olan ailə sosial müavinət ala bilmir, evində təbii qaz belə yoxdur.

Əminə Mikiyevanın sözlərinə görə, onlar sosial yardım üçün dəfələrlə aidiyyatı qurumlara müraciət etsələr də heç bir nəticə verməyib.

Mikiyevlər ailəsi xeyirxah insanların köməyini gözləyir

Kateqoriya: Gündəm
Sonrakı yazı
8 May – Ümumdünya Qızıl Xaç və Qızıl Aypara Hərəkatı Günüdür
Öncəki yazı
Nikol Paşinyan Moskvada planlaşdırılan 9 May tədbirlərində iştirak edəcək