Laqodexi bələdiyyəsində bir nəfər qətlə yetirilib.
Əldə olan məlumata görə, kişi odlu silahla öldürülüb. Hadisə rayonun Qabal kəndində baş verib.
Yerli sakinlərin sözlərinə görə, mərhumun kəndin bazar ərazisində ət dükanı olub və orada naməlum şəxs ona odlu silahdan bir neçə dəfə atəş açıb. Orta yaşlı kişi xəstəxanaya çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.
Hadisənin digər təfərrüatları hələlik məlum deyil.
Hadisə yerinə polis səfərbər edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 108-ci – Qəsdən adam öldürmə maddəsi ilə araşdırma aparılır.