Another advertisement
Laqodexi bələdiyyəsinin Qabal kəndindən 24 yaşlı qız qaçırılıb.
QafqazTürk Media xəbər verir ki, hadisə ilə əlaqədar olaraq ailə polisə müraciət edib. hüquq-mühafizə orqanları gənclərin yerini müəyyənləşdirməyə çalışır.
Kamera qeydlərinə görə, qız zorla maşına mindirilib, nəvəsinə kömək etmək istəyən nənəyə isə müqavmət göstərilib.
Məlumata görə, qız əvvəlcə Qaracalar kəndi istiqamətinə aparılıb.
Qızın ailəsi qeyd etdiyinə görə, qızı qaçıran şəxs də Qabal kənd sakinidir.
Yaxınlarının dediyinə görə, qız universitetdə oxuyurdu və ailə qurmaq istəməyib.
Qeyd edək ki, faktla bağlı Cinayət Məcəlləsinin 143-cü maddəsi ilə istintaq başlayıb.