This is a specific ad

Qəzzada xəstəxananın bombalanması nəticəsində yüzlərlə insan həlak olub

53

Another advertisement

Ötən gecə Qəzzada xəstəxananın bombalanması nəticəsində azı 500 insan həlak olub.

QafqazTürk.com xəbər verir ki,bu barədə Fələstin Səhiyyə Nazirliyi açıqlama yayıb.

Fələstin tərəfi binanın bombalanmasında İsraili günahlandırır. İsrail Müdafiə Qüvvələri isə xəstəxananın bombalanması ilə bağlı araşdırma aparıldığını bildirir.


“HƏMAS” lideri İsmayıl Haniyə, Qəzzada xəstəxanaya edilən hücuma görə ABŞ-ı günahlandırıb.

İsrail tərəfi bildirib ki, hazırda xəstəxananın İsrail Hərbi Hava Qüvvələrinin, yoxsa HƏMAS-ın uğursuz zərbəsi nəticəsində bombalandığı bəlli deyil.

Fələstin rəsmiləri bildiriblər ki, Fələstin prezidenti Mahmud Abbas xəstəxanaya hücumdan sonra Qəzzanın mərkəzində ABŞ prezidenti Co Bayden və digər Yaxın Şərq liderləri ilə planlaşdırılan görüşü ləğv edib.

Kateqoriya: Dünya
Sonrakı yazı
Marneulidə qəzada ağır yaralanan gənc idmançı klinikada həyatını itirib
Öncəki yazı
მარნეულელი ახალგაზრდა სპორტსმენი ბექა წიფიანი გარდაიცვალა