Another advertisement
Qəzza zolağında hər gün orta hesabla 67 uşaq ölür.
QafqazTürk Media verir ki, bu barədə məlumatı BMT yayıb.
Məlumata əsasən, yalnız son günlər İsrail ordusu agentliyin iki məktəbinə hücum edib. Nəticədə 17 nəfər həlak olub, çoxlu sayda insan yaralanıb.
Bundan əlavə, agentlik sektorun yaşayış məntəqələrinin küçələrində 42 milyon tondan çox dağıntıların yığıldığını, partlamamış hərbi sursatların və minaların cəmləşməsinin mülki əhali üçün birbaşa təhlükə yaratdığını qeyd edib. Eyni zamanda minatəmizləmə üzrə mütəxəssislərin ölkəyə girişi və təmizləmə işlərinin aparılması xeyli məhdudlaşdırılıb.