Another advertisement
Xobi bələdiyyəsinin Xeta kəndində ölümlə nəticələnən yol qəzası baş verib.
Məlumata görə, Zuqdidi istiqamətində hərəkət edən mikroavtobus piyadanı yolu keçərkən vurub.
65 yaşlarında kişi hadisə yerində dünyasını dəyişib.Hadisə yerinə patrul polisi səfərbər edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin nəqliyyatın hərəkəti və ya istismarı qaydalarını pozma, insan ölümünə səbəb olan 276-cı maddəsi ilə cinayət işi başlanıb.