This is a specific ad

Qərbin ümidləri suya düşür- Qərb Ukraynaya yardımı dayandırır?

215

Another advertisement

Rusiya-Ukrayna müharibəsinin uzanması fonunda bir çox Qərb ölkəsi Ukraynaya yardımlar ilə bağlı narazılıq edir. Slovakiya baş naziri Roberto Fiko Avropa Komissiyasının sədri Ursula fon der Leyenlə görüşündə deyib ki, Slovakiya Ukraynanı hərbi cəhətdən dəstəkləməyəcək.

Maraqlıdır, Slovakiya kimi başqa hansı ölkələr Ukraynaya dəstəyi kəsəcək? Bu tendensiya ümumi NATO səviyyəsində olacaq?

Politoloq Ramiyə Məmmədova vəziyyəti şərh edərək qeyd edib ki, Ukrayna-Rusiya müharibəsi faktiki olaraq dalana dirənib:

“Belə ki, bu dalandan xüsusilə Ukraynanın çıxması çətin görünür. Məsələ ondadır ki, müharibə uzanır və rəsmi Kiyev effektiv nə isə edə bilmir. Ukrayna ordusunun hansısa şəhəri, ya da yaşayış məntəqəsini ələ keçirməsi istiqamətində yayılan xəbərlər isə feykdir.

Ukrayna özü də başa düşür ki, müharibənin uzanması və Qərbin yardımlarına baxmayaraq, nəticənin əldə edilə bilməməsi rəsmi Kiyevin özü üçün problem yarada bilər.

Hesab edirəm, indiki məqamda Ukrayna üçün ən yaxşı seçim Rusiya ilə danışıqlar masasına əyləşməsidir. Lakin Prezident Volodimir Zelenski hakimiyyətdə olduğu təqdirdə bu, çətin görünür. Belə ki, Zelenski ABŞ prezidenti Co Baydenin sözünü deyir. Belə olan təqdirdə hansısa uzlaşmadan danışmaq çətindir”.

Politoloq deyib ki, Slovakiyanın timsalında Ukraynaya yardımlar tədricən kəsiləcək:

“Məsələ ondadır ki, başda ABŞ olmaqla bir çox Qərb ölkəsi Ukraynaya verilən pulların hara, necə xərclənməsinə dair hesabat tələb edir. Çünki bu pulların təyinatı üzrə xərclənmədiyi üzə çıxıb. Buna görə də bir çox Qərb ölkəsi artıq yardımların korrupsiya ilə çirkləndiyini düşünür.

Bundan başqa Ukraynada daxili siyasət də günbəgün gərginləşir. Ukraynalı siyasətçilərin korrupsiya ittihamları, habelə, daxili işlər nazirinin həbsi də prosesin nə dərəcədə ciddi olduğunu göstərir.

Hesab edirəm, bütün bu faktlar öz növbəsində Ukraynaya edilən yardımların kəsilməsinə gətirib çıxaracaq”.

Sonrakı yazı
Moldovada prezident seçkiləri və Avropa İttifaqına üzvlük məsələsi ilə bağlı konstitusiya dəyişikliyi ilə əlaqədar referendum keçirilir
Öncəki yazı
Lavrov Cənubi Qafqaz regionunun təhlükəsizliyinə təhdidlərin olduğunu bildirib