This is a specific ad

Qəhrəmanlar Meydanında Gürcüstanın milli qəhrəmanı Qeno Adamianın büstü qoyulub

23

Another advertisement

Qəhrəmanlar Meydanında Gürcüstanın milli qəhrəmanı, general Qeno Adamianın büstü qoyulub.

QafqazTürk xəbər verir ki, məlumatı Tbilisi Meriyasının mətbuat xidməti yayır.

Paytaxtın meri Kaxa Kaladze bu gün tədbirdə iştirak edib.

Kaladze Gürcüstanın ərazi bütövlüyü uğrunda həlak olmuş qəhrəmanların abidəsini əklillə bəzəyib və onların xatirəsini ehtiramla yad edib.

“Övladlarımızın, gələcək nəslin qəhrəmanlar haqqında dolğun məlumata malik olması vacibdir. Qeno Adamia Suxuminin süqutundan sonra da 23-cü briqada ilə mübarizəni davam etdirən ləyaqətli insan, general-mayor idi. O, bu döyüşdə qəhrəmancasına həlak olub. Bir daha qəhrəmanların qarşısında baş əyirəm. Övladlarımıza vətəni sevməyin nə demək olduğunu, onların necə insanlar olduqlarını və vətənin şərəfini necə qoruduqlarını yaxşı başa salmalıyıq” – deyə Kaxa Kaladze açıqlayıb.

Qeyd edək ki, Qeno Adamia 1993-cü ilin sentyabrın 27-də Suxuminin süqutundan sonra da təslim olmaqdan imtina edib və abxaz separatçılarına müqavimət göstərməyə davam edib. O, sentyabrın 28-də qəhrəmancasına Kelasuri körpüsündə həlak olub.

Sonrakı yazı
Putin – “Rusiyanın müharibəyə başladığını tez-tez eşidirik. Bu, belə deyil”
Öncəki yazı
Gürcüstan Prezidenti 13 məhkumu əfv edib