This is a specific ad

Qəzzada “Rəfah” keçid məntəqəsi bağlanıb

16

Another advertisement

Zərərçəkmiş sakinlərin və xarici pasport sahiblərinin Qəzza zolağından “Rəfah” keçid məntəqəsi vasitəsilə Misirə təxliyəsi noyabrın 4-dən dayandırılıb.

Qafqaztürk xəbər verir ki, bu məlumatı “Reuters” agentliyinə Misir təhlükəsizlik xidmətindəki mənbələr və misirli həkimlər təsdiqləyiblər.

Qeyd olunub ki, buna səbəb İsrailin Qəzzada təcili yardım avtomobilinə atəş açması olub.İsrail ordusu isə bildirib ki, təcili yardım maşını Fələstinin HƏMAS hərəkatının tərəfdarları tərəfindən istifadə edilirmiş.

Bundan əvvəl Polşa Xarici İşlər Nazirliyi İsrail və Misirdən əcnəbilərin Qəzza zolağından təxliyəsinin müvəqqəti dayandırılması barədə məlumat aldığını bildirmişdi.

Kateqoriya: Maraqlı
Sonrakı yazı
Ramazan Kadırovun 16 yaşlı oğlu yüksək vəzifəyə təyin edilib
Öncəki yazı
Türkiyə logistika bazalarını genişləndirmək niyyətindədir