Qətər İsrail və “HƏMAS” arasında atəşkəs və girovların azad edilməsi ilə bağlı danışıqlarda vasitəçi rolunu dayandırıb.
Məlumata görə, ölkənin Xarici İşlər Nazirliyi “HƏMAS” və İsrail danışıqlara hazır olduqlarını nümayiş etdirdikləri zaman işlərini bərpa edəcəklərini açıqlayıb.
Qətər son razılıq əldə etmək cəhdində 10 gün əvvəl tərəflərə bildirib ki, əgər bu raundda razılıq əldə olunarsa, “HƏMAS” və İsrail arasında vasitəçilik səylərini dayandıracaq. Qətər Xarici İşlər Nazirliyinin bəyanatında deyilir: “Tərəflər amansız müharibəyə son qoymağa hazır olduqlarını və ciddiliyini göstərdikdə Qətər bu səyləri bərpa edəcək”.
Dünən bir sıra xəbər agentlikləri Qətər və ABŞ-ın Dohadakı “HƏMAS” siyasi ofisini bağlamaq barədə razılığa gəldiyini, çünki Həmasın “səmimi şəkildə danışıqlardan imtina etdiyini” bildiriblər.
Qətər Xarici İşlər Nazirliyi isə bu məlumatın qeyri-dəqiq olduğunu bildirib.