Another advertisement
Olaf Şolts Putinlə yeni danışıqlara hazırdır.
QafqazTürk Media xəbər verir ki, bu barədə Almaniya mətbuatı xəbər yayıb.
Almaniya kanslerinin qeyd etdiyi kimi, o, Putinlə son telefon danışığının məyus nəticələnməsinə baxmayaraq, onunla danışıqları davam etdirməyə hazırdır.
“Bu, məyusedici danışıq idi, çünki Putin sadəcə olaraq bütün ifadələrini təkrarladı”. -Olaf Şolts qeyd edib.
Şoltsun sözlərinə görə, telefon danışığı Putinə Almaniyanın Ukraynaya dəstəyinin azalmayacağını və “Sülhün inkişafına zəmin yaratmaq üçün Putin qoşunları çıxarmalıdır” deyə bilməsi üçün lazım olub.