Putinlə çox məhsuldar söhbətim oldu- Donald Tramp

49

BBC xəbər verir ki, ABŞ prezidenti Vladimir Putinlə Ukraynada atəşkəslə bağlı danışıqları yüksək qiymətləndirərək, onları “yaxşı və məhsuldar” adlandırıb.

Tramp “Truth Social” sosial şəbəkəsində yazıb ki, danışıqlar “bu dəhşətli, qanlı müharibəni nəhayət bitirmək üçün çox yaxşı şans” verib.

“Hazırda biz Rusiya ilə atəşkəs məsələsini müzakirə edirik. Bu mövzuda çox yaxşı danışıqlarımız və cavablarımız olub, lakin nə baş verəcəyini görməliyik – hələ yol çox  uzundur”, – Tramp qeyd edib.

Donald Trampın xüsusi nümayəndəsi Moskvada təxminən 14 saat keçirib. Stiv Whitkoff Vladimir Putinlə bağlı qapılar arxasında görüşüb, o, qonağı onun şərtləri ilə tanış edib. Görüşdən sonra Moskvada heç bir şərh verilməyib. Kreml də görüşün təfərrüatlarını açıqlamır.

Sonrakı yazı
Tramp da təsdiqlədi: İŞİD lideri məhv edildi
Öncəki yazı
Polşada 27 yaşlı gürcü həbs edilib