This is a specific ad

Putinin obrazını Hollivud ulduzu canlandıracaq

48

Another advertisement

Olivye Assayasın Culiano da Empolinin eyniadlı bestseller əsəri əsasında çəkdiyi “Kreml sehrbazı” siyasi trillerində Cud Lou Rusiya Prezidenti Vladimir Putinin rolunu ifa edəcək.

QafqazTürk Media xəbər verir ki, romanın hadisələri 1990-cı illərin əvvəllərində Rusiyada cərəyan edir. Süjetin mərkəzində gənc televiziya prodüseri Vadim Baranov durur ki, o, gözlənilmədən Federal Təhlükəsizlik Xidmətinin agenti Putinin siyasi texnoloqu olur.

Baranovun obrazı əsasən Vladislav Surkovdan ilhamlanıb. Kitabda, həmçinin Putinin ətrafından olan Yevgeni Priqojin kimi real şəxsiyyətlər də yer alırlar.

Lou ilə yanaşı filmdə Pol Dano (“Neft”), Alisia Vikander (“Maşından”), Zak Qalifianakis (“Veqasda kişi məclisi”) və Tom Sterrik (“Rok dalğası”) də rol alacaqlar. Olivye Assayas “Zamanın xaricində”, “Şəxsi alıcı”, “İrma Vep” və “İkili həyat” filmləri ilə məşhurlaşıb.

Kateqoriya: Dünya, Maraqlı
Sonrakı yazı
İsrail HƏMAS-ın qərargahına zərbə endirdi
Öncəki yazı
Bu dövlət xəritədən silinir