This is a specific ad

Putinin mətbuat katibi Gürcüstandakı seçkilərlə bağlı Rusiyanın təsirindən danışıb

241

Another advertisement

Rusiya Moldova və Gürcüstandakı seçki proseslərinə təsir göstərməyə çalışmır.

QafqazTürk Media xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Biz heç nəyə cəhd etmirik və bizim bu ölkələrdə vəziyyətin inkişafına, seçki proseslərinə təsir etmək imkanımız yoxdur”.

Oktyabrın 20-də Moldovada prezident seçkiləri və Avropaya inteqrasiya məsələlərinə dair referendum keçirilib. Prezident Maia Sandu, Mərkəzi Seçki Komissiyasının Moldova vətəndaşlarının yarıdan çoxunun Avropaya inteqrasiyanın əleyhinə olduğunu göstərən ilkin məlumatları açıqladıqdan sonra, ölkənin azadlığı və demokratiyasına misli görünməmiş hücum elan etdi. Onun sözlərinə görə, cinayətkar qrupların seçiciləri rüşvətlə almağa cəhd etməsi və 150-300 min səsin olması ilə bağlı sübutlar var idi.

Kateqoriya: Dünya, Gündəm, Siyasət
Sonrakı yazı
Dmanisidə zəlzələ qeydə alınıb
Öncəki yazı
“Rusiya Gürcüstanda planlaşdırılan seçkilərə heç bir təsir göstərə bilməyəcək”-İrakli Kobaxidze