Putin yeni fərman imzalayıb, bu şəxslər…

107

Vladimir Putin işğal olunmuş Abxaziya və Sxinvali vilayətinin əhalisi üçün Rusiya vətəndaşlığının alınması prosesinin sadələşdirilməsi haqqında fərman imzalayıb.

QafqazTürk Media xəbər verir ki, bu barədə KİV məlumat yayıb.

Yu+10Rusiya prezidenti Vladimir Putinin imzaladığı sənədə əsasən, bundan sonra işğal olunmuş Abxaziya və Sxinvali əhalisindən Rusiya vətəndaşlığı üçün müraciət edərkən rus dilini və rus tarixini bilməsi tələb olunmayacaq.

Sənədə əsasən, işğal olunmuş Abxaziya və Sxinvalidə yaşayan insanlar həmin ərazidə yerləşən Rusiyanın qondarma səfirliyinə ərizə verə bilərlər. Onlar bunu diplomatik nümayəndəliklərdə edə biləcəklər.

Bundan əlavə, artıq Rusiyada yaşayan insanlar yaşadıqları yer üzrə Rusiya Daxili İşlər Nazirliyinin ərazi orqanına müraciət edə bilərlər.

 

Kateqoriya: Cəmiyyət, Dünya, Region
Sonrakı yazı
Polşada yeddi Gürcüstan vətəndaşı, o cümlədən “Qanuni oğru” həbs edilib
Öncəki yazı
İrakli Kobaxidze Ailə müqəddəsliyi və valideynlərə hörmət gününə həsr olunmuş yürüşdə iştirak edib