Putin: “Vaqner” özəl hərbi şirkəti dövlət tərəfindən maliyyələşdirilirdi

0

Rusiya Prezidenti Vladimer Putin “Vaqner” özəl hərbi qruplaşmasının Rusiya dövlət tərəfindən maliyyələşdirildiyini bildirib.

“Mən hamının bu barədə bilməsini istəyirəm. “Vaqner”in saxlanması tam dövlət tərəfindən, dövlət büdcəsindən təmin edilib, biz bu qrupu tam maliyyələşdirmişik” -deyə Putin hərbçilərlə görüşü zamanı qeyd edib.

O, 2022-ci ilin mayından bu ilin may ayına qədər dövlətin “Vaqner”in xərcləri üçün 86 milyard rubl ödədiyini bildirib.

“Vaqner”in sahibi olan “Concord” şirkəti bir ildə 80 milyon rubl qazanıb”-deyə Putin qeyd edir.

0
0
Sonrakı yazı
Nikol Paşinyan Türkiyə Prezidentini Qurban bayramı münasibətilə təbrik edib – ƏTRAFLI
Öncəki yazı
Gürcüstan və Macarıstan münasibətləri – ƏTRAFLI