This is a specific ad

Putin və Paşinyan Rusiya liderinin Azərbaycana səfərini müzakirə edib və görüş barədə razılığa gəliblər

201

Another advertisement

Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya prezidenti Vladimir Putinlə arasında telefon danışığı baş tutub.

QafqazTürk Media xəbər verir ki, Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Nikol Paşinyan və Vladimir Putin Rusiya liderinin Azərbaycana səfərindən danışıblar.

“Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanla Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub. Rusiya prezidenti Ermənistanın baş nazirinə ötən həftə Azərbaycana səfəri ilə bağlı təəssüratları barədə məlumat verib və buna görə baş nazir Paşinyan prezident Putinə təşəkkür edib”, – Ermənistan hökumətinin mətbuat xidməti bildirib.

Bildirilir ki,  həmsöhbətlər Ermənistan və Rusiyanın ikitərəfli gündəliyinin məsələlərini müzakirə etmək üçün yaxın vaxtlarda görüşmək barədə razılığa gəliblər.

Kateqoriya: Dünya
Sonrakı yazı
Volqoqrad koloniyasındakı məhbuslar həbsxana rəhbərliyini girov götürüblər
Öncəki yazı
Tbilisidə 2 nəfərin qətlinə görə 20 il axtarışda olan şəxs tutulub